Nəşrlər

Qafqazın geofitləri

Müəllif: Oruc İbadlı
Haqqında: AMEA-nın müxbir üzvü O.V.İbadlı müəllifi olduğu "Qafqazın geofitləri" adlı kitab çapdan çıxmışdır.Kitabda Qafqaz florasının itməkdə olan nadir növlərinin konservasiyası, qiymətli bitkilərin Abşeronda kolleksiyasının yaradılması,onların introduksiya olunması,nəsli kəsilməkdə olan növlərin qorunub saxlanılması vəsəmərəli istifadə yolları öz elmi əksini tapmışdır. Müəllif ilk dəfə olaraq Abşeron şəraitində 323 növ bitkini sınaqdan keçirmiş və onlardan ən perspektiv - 150 növünü təsərrüfata tətbiq etmək üçün tövsiyyələr vermişdir. Kitab botaniklər, gül həvəskarları, orta məktəbin biologiya müəllimləri, aqronomlar üçün nəzərdə tutulmuşdur.