Açıq saatlar

Əziz ziyarətçilərimiz Mərkəzi Nəbatat Bağı istirahət və bayram günləri daxil olmaqla, hər gün  müəyyən edilmiş saatlar çərçivəsində ziyarətçilər üçün  açıqdır.

 

Nəbatat Bağının əməkdaşları üçün iş vaxtı I-V günlər 09:00-dan 18:00-a qədərdir.

 

Bağ tərəfindən ekskursiya və digər programlar yalnız I-V günlər 10:00 - 16:00 saatları arası təşkil edilir.

Ekskursiya giriş üçün nəzərdə tutulan ödəniş istisna olmaqla pulsuzdur. 

 

İl ərzində hava qaralma zamanından (gün batımı) asılı olaraq ziyarətçilər üçün giriş bağlanır.

Gün batdıqda ziyarətçilər Bağı tərk etməlidir.

 

Yay mövsümündə açılıb bağlanma saatları aşağıdakı kimidir:

Açılır: 09:00

Bağlanır: 20:00

 

Qış mövsümündə açılıb bağlanma saatları aşağıdakı kimidir:

Açılır: 09:00

Bağlanır: 18:00

 

Hazırda qış mövsümü saatları qüvvədədir.

 

Fiziki və hüquqi şəxslər, həmçinin sosial təşkilatlar Bağ ərazisində daxili qaydalara riayət etməklə, açıq saatlar ərazində tədbir təşkil edə bilər.  Tədbir təşkilatçılığına görə əlavə ödəniş tələb olunmur və Bağ rəsmi olaraq təşkil və iştirak etmədiyi tədbirlərə görə məsuliyyət daşımır.