Xəbərlər

Zərif meşənovruzu-Cyclamen elegans Boiss.et Buhse


Zərif meşənovruzu (Cyclamen elegans Boiss.et Buhse) - Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Yarpaqlar kökyanı rozetdədirlər. Çiçəklər iri, çəhrayı və ya bənöşəyi-çəhrayı çıxıntının dar hissəsində bənövşəyi ləkəlidir. Çiçəkləmə-meyvə əmələgətirmə dövrü yanvar-dekabr aylarına təsadüf edir. Palıd-dəmirağac, fıstıq, ağcaqayın meşələrində dağ dərələrində, çaykənarı meşələrdə rast gəlinir. Dərman bitkisidir. Lənkəran ovalığı və Lənkəranın dağlıq hissəsində yayılmışdır.

10.03.2020