Xəbərlər

Təhsil naziri Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri ilə videokonfrans keçirib


Avqustun 17-də Təhsil naziri Emin Əmrullayev Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri ilə videokonfrans keçirib.

Videokonfransda yeni dərs ilinə hazırlıq, COVID-19 pandemiyası şəraitində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı Təhsil İnstitutunun hazırladığı təkliflərə dair müzakirələr aparılıb. Təhsil Nazirliyi tərəfindən ictimai rəyin öyrənilməsinə və vətəndaşların qərarların qəbul edilməsində iştirakına böyük önəm verildiyi vurğulanıb. Həmçinin qeyd edilən təkliflərlə bağlı icra mexanizmi haqqında danışılıb.

Görüşdə Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri müvafiq təkliflərlə bağlı fikirlərini bildiriblər.

17.08.2020