Xəbərlər

Rusiyanın koronavirusa qarşı hazırladığı peyvəndin istifadəyə veriləcəyi tarix bəlli olub


Rusiya Səhiyyə Nazirliyi təsdiqlənmiş koronavirus vaksininin ilk hissəsinin 2 həftə ərzində istifadəyə veriləcəyini açıqlayıb.

Bu ölkənin Səhiyyə naziri Mixail Muraşko bildirib ki, “Sputnik-V” adlı peyvənd Hamalei Elmi Tədqiqat Mərkəzi tərəfindən hazırlanıb və “AFK Sistema” şirkətinin “Binnopharm” dərman fabrikində kütləvi istehsalına başlanılıb.

Dərmanın istehsalının ilk 12 ayda 500 milyon dozaya çatacağı gözlənilir.

Peyvənd ilk olaraq yüksək risk qrupundakı vətəndaşlara tətbiq olunacaq.

https://www.interfax.ru/

13.08.2020