Xəbərlər

Rusiya koronavirusa qarşı hazırlanmış peyvəndi nümayiş etdirib


Rusiyanın Səhiyyə Nazirliyi dünyada COVID-19 pandemiyasına qarşı hazırlanmış ilk peyvəndin ampulasını nümayiş etdirib.

Gazeta.ru-nun məlumatına görə, ampulaların qırmızı və göy rəngdə başlıqları var. Belə ki, onlardan birincisi ilk, digəri isə ikinci inyeksiya üçün nəzərdə tutulub.

“İki mərhələli yeritmə sxemi uzunmüddətli immunitet yaratmağa imkan verir”, - deyə Rusiyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

12.08.2020