Xəbərlər

Mərkəzi Nəbatat Bağının əməkdaşı Mədəniyyət TV-ə müsahibə verib


AMEA Mərkəzi Nəbatat Bağının gənc alimi, biologiya üzrə fəlsəfə doktoru Fərid Seyfullayevv Mədəniyyət TV-də yayımlanan Dəryada Damla verlişinin qonağı olub.

Verlişdə Fərid Seyfullayevin elmi nailiyyətləri haqqında danışılıb. O, Azərbaycanda ilk dəfə olaraq dendroxronoloji metodlardan istifadə edilməklə şabalıdyarpaq palıdın radial artım xüsusiyyətləri, bu artıma hansı mühit amillərinin limitləndirici təsir etməsi tədqiq etmişdir. Eyni zamanda radial artımda müşahidə edilən ritmlər aşkarlamış, bu ritmlər ilə günəş aktivliyi və təbii mühit amilləri arasında yüksək korrelyasiya və koherentlik müəyyən etmişdir. Azərbaycanda ilk dəfə olaraq şabalıdyarpaq palıdın oduncağında stabil karbon izotop analizi aparmışdır.

İzlə

09.06.2020