Mərkəzi Nəbatat Bağında Xocalı Soyqırımına həsr olunmuş anım mərasimi keçirilib
Mərkəzi Nəbatat Bağında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimi Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmlər doktoru Vahid Fərzəliyev açıq elan etdikdən sonra, tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Vahid Fərzəliyev çıxışında, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xocalı şəhərinə hücum edərək dinc əhaliyə vəhşicəsinə divan tutduqlarını və şəhərin 613 sakini xüsusi amansızlıqla qətlə yetirildiyini qeyd edib. Bildirmişdir ki, XX əsrin sonlarında baş vermiş qanlı Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir.
Tədbirdə elmi katibi, b.ü.f.d., dos., Nilüfər Hüseynova , b.e.d. Elman İsgəndərov, b.ü.f.d., Yusif Zeynalov, b.ü.f.d Sadıq Qarayev və başqaları çıxış edərək Xocalı faciəsinin Azərbaycan xalqını sarsıtdığını, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurduğunu bildiriblər.
26.02.2020