Xəbərlər

Mərkəzi Nəbatat Bağında Qarabağ zəfərinə həsr olunmuş tədbir keçirilib


AMEA Mərkəzi Nəbatat Bağında Qarabağ zəfərinə həsr olunmuş tədbir keçirilib. Bağın direktoru biologiya elmlər doktoru Vahid Fərzəliyev iclası açıq elan etdikdən sonra, işğal altında olan torpaqların azad edilməsi uğrunda 44 gün davam edən döyüşlərin nəticələri, Azərbaycanın qalibiyyətə doğru uğurlu addımları, sonuncu üçtərəfli atəşkəs bəyannaməsi haqqında məlumat verərək kollektivi Azərbaycanın tarixi əhəmiyyətli qələbəsi münasibəti ilə təbrik etdi.

Sonra iclas iştirakçıları şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Daha sonra çıxış edən AMEA-nın müxbir üzvü, professor Maqsud Qurbanov bildirdir ki, bugün Prezident İlham Əliyevin apardığını siyasət nəticəsində həm beynəlxalq arenada haqlı olduğumuz öz əksini tapmış, həm də çoxmillətli xalqımız milli birlik nümayiş etdirmişdir. Təbii ki, bu hadisələr ordumuzun qısa zaman çərçivəsində tarixi uğura imza atmasına səbəb oldu. Qarabağın azadlığı ölkənin nüfuzu, sosial-iqtisadi inkişafı üçün yeni yollar açacaq.

Bağın elmi işlər üzrə direktor müavini biologiya elmləri doktoru Şakir Qasımov çıxışında, çətin şəraitdə əsgərlərimizin göstərdiyi şücaətin dünyada təqdirlə qarşılandığını bildirmişdir. O, həmçinin bundan sonra təşkilatın elmi işlərinin əsasən işğaldan azad edilmiş ərazilərdə aparılmasının vacibliyini qeyd etmişdir.

İclasda Bağın elmi katibi biologiya üzrə fəlsəfə doktoru Nilufər Hüseynova, həmçinin alimlərdən biologiya üzrə fəlsəfə doktorları Sadıq Qarayev, Asif Mehralıyev, Ceyran Nəcəfova, Fərid Seyfullayev, Aynur Ərəbzadə və ümumi işlər üzrə direktor müavini Gilani İsmayılov çıxış edərək bundan sonrakı dövrdə beynəlxalq arenada Azərbaycan Respublikasının milli maraqlarının təbliğinin davam etdirilməsinin vacibliyini bildirdilər.

Sonda Mərkəzi Nəbatat Bağının kollektivi adından Azərbaycan Respublikasının prezidentinə Qarabağ zəfəri ilə bağlı müraciət ünvanlanması qərara alındı.

17.11.2020