Xəbərlər

Mərkəzi Nəbatat Bağında 20 Yanvar hadisələrinə həsr olunmuş anım mərasimi keçirilib.

Bu gün Mərkəzi Nəbatat Bağında  20 Yanvar hadisələrinin 30-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimi Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmlər doktoru Vahid Fərzəliyev açıq elan etdikdən sonra, tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

V. Fərzəliyev  20 yanvar faciəsinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi həkk olunduğunu qeyd edərək uzun illər Sovet imperiyasının əsarətində yaşamış xalqın azadlıq səsinin ucaltdığı, suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarix olduğunu vurğulayıb. V. Fərzəliyev: “Qanlı hadisənin ertəsi günü ümümmilli lider Heydər Əliyev Moskvada Azərbaycan nümayəndəliyinə gedərək mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləyib, qətliamın başvermə səbəblərini açıqlayıb, günahkarların adlarını cəsarətlə dünyaya bəyan edib.”

Tədbirdə Mərkəzi Nəbatat Bağının elmi katibi, b.ü.f.d., dos., Nilüfər Hüseynova   “ 20 Yanvar-Xalqımızın qəhrəmanlıq tarixi” adlı məruzə ilə çıxış edərək qeyd edib ki, 20 yanvar Azərbaycan tarixinin həm şərəfli və həm də faciəli tarixi olaraq milli azadlıq hərəkatının başlanğıcı, müstəqilliyə doğru irəliləyişimizin əsası olub. 1990-cı il 20 yanvar günü keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutulub. Bakıya sovet hərbi hissələri yeridilərək dinc əhaliyə qarşı kütləvi qırğın hadisəsi törədilib. Bu qanlı hadisələrdə xalqımız 133 şəhid verib, 744-ə yaxın insan yaralanıb.

Həmçinin, Ağac və kol bitkiləri laboratoriyasının müdiri, b.e.d., prof. Elman İsgəndərov 20 yanvar faciəsində  qətlə yetirilən və yaralananlar arasında azyaşlı uşaqların, qoca və qadınların olmasını, əhaliyə qarşı qadağan edilmiş silahlardan atəş açılması faktlarını tədbir iştirakçıların diqqətinə çatdırıb.

Tədbirdə Bağın  b.e.d. Şakir Qasımov, b.ü.f.d., Yusif Zeynalov, b.ü.f.d. Eldar Əliyev  və başqaları 20 Yanvar hadisələrini xalqımızın qəhrəmanlıq tarixi kimi səciyyələndirərək fikirlərini bildiriblər.

17.01.2020