Xəbərlər

Mərkəzi Nəbatat Bağının əməkdaşı Mədəniyyət TV-ə müsahibə verib


AMEA Mərkəzi Nəbatat Bağının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sadıq Qarayev Mədəniyyət TV-də yayımlanan Dəryada Damla verlişinin qonağı olub.

Sadıq Qarayev müsahibəsində Yer kürəsinin geoloji tarixindən, çiçəkli bitkilərin mənşəyinin Mezazoy erasının Təbaşir dövründən başlandığı,  Azərbaycanın relikt və endemik bitkiləri haqqında  məlumat verib.

Gənc bioloq alim qlobal ekoloji problemlərin Azərbaycan təbiətinə təsirindən, biomüxtəlifliyin qorunması və artırılmasından geniş danışıb. 

Həmçinin, Dəryada Damla verlişində  Sadıq Qarayavin elmi-ədəbi fəaliyyətindən və Azərbaycan təbiəti üçün gördüyü işlərdən bəhs olunub.

İzlə

 

25.05.2020