Xəbərlər

Martın 14-də AMEA-da dezinfeksiya işləri aparılacaq


Məlum olduğu kimi, Çin Xalq Respublikasında yaranmış və sürətlə dünyanın bir sıra ölkələrində yayılmaqda olan koronavirusun Azərbaycanda yarada biləcəyi təhlükələrin qarşısını almaq məqsədilə ölkəmizin aidiyyəti dövlət orqanları tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə martın 14-də saat 10:00-da AMEA-nın Əsas binasında dezinfeksiya işləri aparılacaq.

Qeyd edək ki, AMEA-nın müvafiq inzibati binalarında müntəzəm olaraq sanitar-dezinfeksiya işlərinin həyata keçirilməsi, Rəyasət Heyətinin binasında tibb məntəqəsinin təşkil edilməsi nəzərdə tutulur.

13.03.2020