Xəbərlər

Koronavirusun genomunda insan zülalı aşkar edilib


Kembric Universitetinin tədqiqatçıları SARS-cov-2-nin genomunda insan zülalının fraqmentini aşkar ediblər. O, virusun hüceyrəyə daxilolma mexanizminin tənzimləndiyi yerdədir. “eLife” jurnalında nəşr olunmuş məqalədə qeyd olunur ki, bu kəşf süni intellektin köməyi ilə edilib və elmi ictimaiyyət arasında mübahisələrə səbəb olub.

poisknews.ru saytının məlumatına görə, Rusiyanın Sibir Federal Universitetinin Genomika və bioinformatika kafedrasının professoru Konstantin Krutovskiy zülalın meydana çıxmasının bir neçə versiyasını qeyd edib. Onun sözlərinə görə, ilk versiyaya əsasən, bu təsadüfi mutasiya ola bilər. Digər versiyaya görə, koronavirusun təbii seçim və mutasiya prosesində uyğunlaşmış, insanla identik olan əlavəsi mövcud ola bilər. Bununla yanaşı, virusun insanın hüceyrələrində yetişdirilməsi və onun çoxdan insanlar arasında mövcud olması versiyaları da mövcuddur.

08.06.2020