Xəbərlər

Koronavirusun ən dəqiq 3D modeli yaradılıb


Səudiyyə Ərəbistanının Kral Abdullah Elm və Texnologiya Universitetinin alimləri koronavirusun ən dəqiq 3D modelini yaradıblar.

Lenta.ru-nun məlumatına görə, modelin yaradılması üçün SARS-CoV-2 virusunun quruluşuna dair hazırda bilinən bütün məlumatlar toplanıb. Tədqiqatçılar bunun üçün virus hissəciyinin səthinin elektron mikroskopların köməyi ilə alınan təsvirindən istifadə ediblər.

Müəllifləri 3D modelinin dünyada koronavirusun yayılmasına qarşı mübarizədə yeni perspektivli yollar açacağına inandıqlarını bildiriblər.

11.11.2020