Xəbərlər

Koronavirusun daha bir təhlükəsi bəlli olub


Böyük Britaniyanın Kembric Universitetinin alimləri COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilən hər 100-cü xəstənin sonradan insult keçirdiyi qənaətinə gəliblər.

“International Journal of Stroke” nəşrində işıq üzü görən tədqiqatların nəticəsində qeyd olunub ki, koronavirus insultu tezləşdirir və nəticədə virusa yoluxan şəxslərdə ölüm normal xəstələrə nisbətən iki dəfə çoxdur.

100 mindən çox insanın məlumatlarını analiz edən alimlər onlardan 1,4 faizinin insult keçirdiyini müəyyənləşdiriblər.

28.10.2020