Xəbərlər

İnsanın sağlamlığının izlənilməsi üçün innovativ “ağıllı” parça hazırlanıb


Müasir daşınan cihazlar ürək ritmini, tənəffüsün tezliyini və başqa göstəriciləri qeydə ala bilir. Bu isə insana öz orqanizminin vəziyyətini izləməyə imkan verir. Növbəti mərhələ müxtəlif sensorların birbaşa parçaya inteqrasiyası olacaq ki, bu da daşınan elektronikanın imkanlarını xeyli genişləndirməyə zəmin yaradacaq.

4pda.ru saytı xəbər verir ki, Lozanna Federal Politexnik Məktəbi, eləcə də Foton materialları və lifli cihazlar laboratoriyasının tədqiqatçıları adi parçaya yerləşdirilə bilən elektron lif hazırlayıblar.

Yeni texnologiya parçanın liflərinə inteqrasiya edilmiş elastik sensorlardan ibarətdir. Tədqiqatçıların sözlərinə görə, bu, “ağıllı" parça sayəsində gələcəkdə pasiyentin sağlamlığına böyükölçülü qurğular deyil, adi geyim nəzarət edəcək.

 

09.06.2020