Xəbərlər

Dünyada hazırlanmaqda olan koronavirus vaksinlərinin sayı açıqlanıb


Hazırda dünyada koronavirusa qarşı 141 vaksinin hazırlanması istiqamətində işlər davam etdirilir.

riamo.ru saytının məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus bildirib ki, bəzi preparatların tam hazır olmasına bir neçə ay tələb olunur.

ÜST rəhbəri qeyd edib ki bu vaksinlərin virusdan tam müdafiə etməsinin təminatı olmasa da, təşkilat vaksinlərə ümid bəsləyir.

Qeyd edək ki, bir müddət əvvəl Böyük Britaniya və İsveçin “AstraZeneca”, eləcə də ABŞ-ın “Moderna” şirkətlərinin üzərində tədqiqatlara başladıqları vaksinlərin yaxın zamanda sınaqlarının ikinci və üçüncü mərhələlərinin keçiriləcəyi gözlənilir.

03.07.2020