Xəbərlər

COST proqramı üzrə vebinar keçiriləcək


Mayın 16-da saat 12:00-da Avropa Komissiyasının “Horizon 2020” proqramı çərçivəsində COST (Elm və Texnologiyada Avropa Əməkdaşlığı) üzrə vebinar keçiriləcək.

Vebinar COST proqramı üzrə milli əlaqələndirici şəxs, Azərbaycan Milli Antidopinq Agentliyinin Elm şöbəsinin müdiri İlham Hümbətov tərəfindən “AMEA Beynəlxalq Əməkdaşlıq” adlı “Facebook” səhifəsi üzərindən həyata keçiriləcək və COST layihələrinə qoşulmaq üçün təlimatlar veriləcək.

Tədbirdə iştirak etmək istəyənlər mayın 14-ü saat 23:00-a kimi qeydiyyatdan keçməlidirlər. Vebinara qoşulmaq üçün link iştirakçıların elektron poçt ünvanlarına göndəriləcək.

Əlavə məlumatı AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsindən əldə etmək olar.

Tel.: (+994 12) 492 34 46; (+994 50) 227 20 01; (+994 50) 350 14 25

Email: [email protected][email protected]

13.05.2020