Xəbərlər

Çinli alim: “Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir”


Qarabağla bağlı həqiqətlərin dünya elmi ictimaiyyətinə çatdırılması məqsədilə AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim İmanov tərəfindən dünyanın müxtəlif ölkələrindəki həmkarlarına göndərilən məktublara cavab verənlərdən biri də Çin Sosial Elmlər Akademiyası Baş katibinin müavini, hüquq elmləri doktoru Yang Jindir.

O, məktubunda Azərbaycanı sevdiyini və bölgəmizdə baş verənləri həyəcanla izlədiyini söyləyib.

“Mən Azərbaycanı sevirəm və bölgənizdə baş verənləri həyəcanla izləyirəm. Gözəl, zəngin və sülhpərvər ölkənizdə dəfələrlə olmuş, hətta bir müddət orada yaşamışam. Dərindən ümid edirəm ki, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, problem BMT Təhlükəsizlik Şurasının qərarlarına müvafiq surətdə, ədalətlə həll olunacaq. Azərbaycan xalqına səadət və sülh arzulayıram. Həmçinin ümidvaram ki, sizlərlə dostluğum sonsuza qədər davam edəcək”, - deyə Yang Jin məktubunda qeyd edib.

 

15.10.2020