Xəbərlər

Biologiya və Tibb Elmləri Bölməsinin institutları qanvermə aksiyasında iştirak ediblər


Bu günlərdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tarix yazmaqda, doğma Qarabağımızı düşmən tapdağından azad etməkdədir.

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin elmi tədqiqat müəssisələrinin kollektivləri də Silahlı Qüvvələrimizə bacardıqları dəstəyi əsirgəmirlər. Hərbi əməliyyatlar başladıqdan dərhal sonra bölməyə daxil olan müəssisələrin 350-yə yaxın əməkdaşı ordumuz üçün qan donoru olmaq arzusunu bildirib və onların siyahısı Mərkəzi Qan Bankına təqdim edilib.

29 oktyabr 2020-ci il tarixində həmin siyahı üzrə əməkdaşların qanvermə aksiyasında iştirakı gerçəkləşdirilib.

30.10.2020