Xəbərlər

Biologiya və Tibb Elmləri Bölməsi Qarabağ həqiqətləri ilə bağlı bəyanat yayıb


AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi dünyanın müxtəlif ölkələrinin Milli Elmlər Akademiyalarının nəzdində fəaliyyət göstərən müvafiq bölmələrin rəhbərlərinə, biologiya, tibb və aqrar elmlər sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara, tanınmış elm mərkəzlərinə bəyanat ünvanlayıb.

Həmin bəyanat Türkiyə, Avstriya, Belarus, Albaniya, Braziliya, Bolqarıstan, Çin, Xorvatiya, Çex, Danimarka, Estoniya, Fransa, Gürcüstan, Almaniya, Macarıstan, Hindistan, İndoneziya, İran, Litva, Moldova, Hollandiya, Makedoniya, Polşa, Rusiya, Serbiya, Slovakiya, İsveç, İsveçrə, Tayvan, İngiltərə, Ukrayna, Koreya Respublikası və ABŞ da daxil olmaqla, ümumilikdə 300-ə qədər ünvana göndərilib.

Bəyanatın mətni ilə buradan tanış ola bilərsiniz

03.11.2020