Xəbərlər

Azərbaycanın ekoloji risklər xəritəsi tərtib olunub


AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və müəssisənin şöbə müdiri, c.ü.f.d., dos. Mirnuh İsmayılov tərəfindən təbii-texnogen təhlükələr əsasında Azərbaycanın ekoloji risklər xəritəsi işlənib hazırlanıb. Bu, Azərbaycanın ilk dəfə çoxparametrli məlumatlar əsasında tərtib edilmiş iri miqyaslı rəqəmsal ekoloji risklər xəritəsidir.

Ölkə ərazisində sel, sürüşmə, daşqın, demoqrafik və texnogen yüklənmə, səth və yeraltı suların çirklənməsi, Xəzər dənizinin səviyyə tərəddüdü, şoranlaşma, bataqlaşma, iqlimdəki risklər,  səhralaşma  və zəlzələ kimi ekoloji risk yaradan mənbələr müəyyən edilib. Xəritənin təhlilindən məlum olur ki, respublika ərazisinin 37,2%-i çox zəif, 19,8%- i zəif, 23,9%-i orta, 12,4%-i  yüksək, 6,8%-i isə çox yüksək ekoloji riskli ərazilərdir.

Azərbaycanın ekoloji risklər xəritəsi infrastruktur layihələrin həyata keçirilməsində, tikintidə, seliteb-şəhər planlaşdırılmasında və sığorta işlərində mühüm mənbə rolunu oynaya bilər.

12.02.2020