Xəbərlər

AMEA və TÜBİTAK birgə müsabiqə elan edir


Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış Əməkdaşlıq Sazişi üzrə Müştərək Proqram çərçivəsində Azərbaycan və Türkiyənin universitetləri, tədqiqat mərkəzləri və elmi müəssisələrinin alimləri üçün layihə müsabiqəsi elan edilir.

Müsabiqə 11 dekabr 2019 cu il tarixindən 6 mart 2020-ci il tarixinə qədər qüvvədədir. Layihə təklifləri Türkiyə və Azərbaycandan olan tərəfdaş qruplar tərəfindən birlikdə ingilis dilində hazırlanmalıdır.

Ətraflı məlumat və ərizə formaları (http://bei.science.gov.az/az/https://botany.az/az/content/8) veb səhifəsindən əldə edilə bilər.

Azərbaycan tərəfi layihə təkliflərini AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinə təqdim etməlidir.

Tel.: (+994 12) 492 34 46

E-mail: [email protected]

Ünvan: Bakı ş., İstiqlaliyyət küç., 30

19.12.2019