Xəbərlər

AMEA-nın Botanika İnstitutu Qarabağ həqiqətləri ilə bağlı xarici təşkilatlara müraciət edib


AMEA-nın Botanika İnstitutunun direktoru, Azərbaycan Botaniklər Cəmiyyətinin prezidenti, akademik Validə Əlizadə beynəlxalq botanika birliyinə, dünyanın aparıcı universitetləri, botanika bağları və digər beynəlxalq təşkilatlarında çalışan həmkarlarına yazılı müraciətlər ünvanlayıb.

Həmin müraciətlər Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, ABŞ, Almaniya, İtaliya, İngiltərə, Pakistan, İsveç, İsveçrə, Avstriya, Yaponiya kimi müxtəlif ölkə qurumlarının Azərbaycanın botanikləri ilə birgə elmi əməkdaşlığı dəstəkləyən ümumilikdə 120 ünvanına göndərilib.

Sözügedən müraciətlərdə ölkəmizin ədalətli mübarizəsi, bölgədəki mövcud vəziyyət və Ermənistanın müstəqil Azərbaycana qarşı hərbi təxribatlarının qarşısının alınması tədbirləri öz əksini tapıb. Döyüş zonası miqyasının genişləndirilməsinin və digər ölkələrin cəlb edilməsinin təkcə bölgədə deyil, onun hüdudlarından kənarda da təhlükə yarada biləcəyi vurğulanıb.

02.11.2020