Xəbərlər

AMEA-nın 75 illiyi Beynəlxalq Türk Akademiyasının tədbirlər planında yer alıb


Yanvarın 30-da Bakıda keçirilən Beynəlxalq Türk Akademiyası Elmi Şurasının üçüncü toplantısında bu qurumun planlaşdırılan yubiley tədbirlərinin siyahısı təsdiqlənib.

İclasda Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali müəssisənin 2020-ci il üçün fəaliyyət planı haqqında məlumat verib. Bildirib ki, bu il Monqolustanda “Tonyukuk” abidəsinin 1300, “Manas” dastanının 1025 illiyi, Abay Kunanbayevin anadan olmasının 175, Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi, o cümlədən AMEA-nın yaradılmasının 75-ci, Beynəlxalq Türk Akademiyasının yaradılmasının isə 10-cu ildönümü qeyd olunacaq.

Tədbirdə Təhsil naziri Ceyhun Bayramovun təklifi ilə Ə.Haqverdiyevin 150 və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyləri də təşkilatın tədbirlər planına daxil edilib.

30.01.2020