Xəbərlər

  • Xəbərlər
  • AMEA Mərkəzi Nəbatat Bağının Qadınlar Təşkilatının iclası keçirilib

25 fevral 2019-cu il tarixində AMEA Mərkəzi Nəbatat Bağının Qadınlar Təşkilatının Xocalı soyqırımına həsr olunmuş “Xocalı-bəşəriyyətin faciəsi” adlı yığıncaq keçirilib. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yığıncağı Qadınlar Təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Nilufər Hüseynova açaraq Xocalı faciəsinin 1905-1906 və 1918-1920-ci illərdə erməni millətçi-şovinistlərinin təkcə milli mənsubiyyətlərinə görə Azərbaycan xalqına qarşı davamlı olaraq törətdikləri soyqırım siyasətlərinin təkrarı olduğunu bildirdi. N.Hüseynova qeyd etdi ki, bu təcavüzkarlıq siyasəti erməni tarixinin mahiyyətindədir. Məhz buna görə də beynəlxalq və daxili vəziyyətin imkan verdiyi tarixi şərait yaranan kimi ermənilər xəyanətkar niyyətlərini reallaşdırmaq üçün bütün vasitələrdən istifadə edirlər.

Yığıncaqda iştirak edənlər insanlığa qarşı törədilən bu cinayətin öz hüquqi qiymətini tapacağına ümüdvar olduqlarını bildirdilər.

25.02.2019