Xəbərlər

  • Xəbərlər
  • AMEA Mərkəzi Nəbatat Bağının gənc alimi Türkiyədə tədqiqat aparmışdır

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının İnformasiya Texnologiyları şöbəsinin müdiri Yusif Abiyev Türkiyənin Trabzon şəhərində yerləşən Qaradəniz Texniki Universitetində 6 ay müddətində araşdırma aparmışdır.

Tədqiqat Coğrafi İnformasiya Sistemlərinin və Məsafədən Zondlama texnologiyalarının tətbiqi ilə Samur-Yalama Milli Parkının bitki örtüyünə iqlim dəyişmələrinin təsiri, bu meşələrin karbon və istixana qazlarının tutma potensialının 30 il ərzində dəyişmə dinamikasını, tədqiqat ərazisində yayılan endemik bitkilərinin çoxaldılması üçün onların yayılma potensialının olduğu ərazilərin təxmin edilməsi, meşə idarəetməsində tətbiq olunan risk analizlər kimi mövzuları əhatə edib. Elmi iş universitetin Meşə, Xəritə və Biologiya Fakultələrinin alimlərinin dəstəyi ilə həyata keçirilmişdir.

25.10.2019