Xəbərlər

  • Xəbərlər
  • AMEA Mərkəzi Nəbatat Bağının gənc alimi Türkiyədə keçirilən beynəlxalq konfra...

AMEA Mərkəzi Nəbatat Bağının Nadir və nəsli kəsilməkdə olan bitkilər laboratoriyasının elmi işçisi Günay Məmmədova 10-13 mart 2019-cu il tarixlərində Türkiyənin İstanbul şəhərində yerləşən İstanbul Gelişim Universitetinin təşkilatçılığı ilə keçirilən "Tətbiqi analiz və riyazi modelləşdirmə(ICAAMM)" VIII beynəlxalq konfransında iştirak edib.

G.Məmmədova AMEA Mərkəzi Nəbatat Bağına introduksiya edilmiş süsən sortları üzərində aparılmış tədqiqatlara əsasən "Süsən məlumatlarının R dilində variasiyalarının (ANOVA)analizi" adlı məruzə ilə çıxış etmişdir.

Tədqiqatda introduksiya olunmuş süsən sortlarının sistematik fərqləri öyrənilmiş, ANOVA testləri üçün R statistik programlaşdırma kodlarından istifadə edilmişdir. Araşdırılan modeldə süsən sortlarının daxili və xarici ləçəklərinin ölçülərinin fərqini xarakterizə etmək üçün kvadratik kənarlaşmaların cəmi, qruplararası müxtəlifliyiy ifadə edən kvadratlar cəmi hesablanmış, Fişer kriterisi ilə müqayisə olunmuşdur.

Qeyd edək ki, Günay Məmmədova Mərkəzi Nəbatat Bağının dissertantıdır və süsən sortları üzərində tədqiqatlar aparırır.

14.03.2019