Xəbərlər

  • Xəbərlər
  • AMEA Mərkəzi Nəbatat Bağının gənc alimi ABŞ-da tədqiqat aparmışdır

AMEA Mərkəzi Nəbatat Bağının Gənc alimlər və mütəxəssislər şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Fərid Seyfullayev Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin 2017-2018 akademik ili üçün elan etdiyi Fulbright proqramının qalibi olmuş, ABŞ-nın Minneapolis şəhərində yerləşən Minnesota Universitetində tədqiqat aparmışdır.

O, Universitetin Coğrafiya Departamentinin Dendroxronologiya laboratoriyasında iqlim dəyişikliklərinin Azərbaycanın qaraçöhrə və palıd meşələrinə təsirini araşdırmışdır.

Tədqiqat müddətində F. Seyfullayev həm departamentin təşkil etdiyi mühazirələrdə, həm də universitetin gənc alimlər üçün hazırladığı müxtəlif mövzulu seminarlarda iştirak etmişdir.

Səfərin sonunda F. Seyfullayevin tədqiqat apardığı laboratoriya ilə aparılan tədqiqatların əlaqələndirilməsi, birgə qrantlarda iştirak məsələləri müzakirə olunmuş və ilkin razılığa gəlinmişdir.

27.12.2018