Xəbərlər

AMEA Mərkəzi Nəbatat Bağının əməkdaşları Almaniyada işgüzar səfərdə olub


Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyev, Toxumçuluq sektorunun rəhbəri İlqar Quliyev, İnformasiya texnologiyaları şöbəsinin müdiri Yusif Abiyev Almaniyanın Berlin şəhərində işgüzar səfərdə olublar.

Sözü gedən əməkdaşlar Berlin Botanika Bağı və Botanika Muzeyində keçirilən "Cənubi Qafqazda Bitki Müxtəlifliyinin Mühafizəsi Üsullarının İşlənməsi" layihəsi çərçivəsində elmi-praktiki seminarda iştirak etmiş, o cümlədən, Bağın direktoru Vahid Fərzəliyev Mərkəzi Nəbatat Bağının canlı bitki kolleksiyaları və onların mühafizəsi yolları barədə məruzə etmişdir.

Səfər müddətində Mərkəzi Nəbatat Bağının əməkdaşları Berlin Botanika Bağının bioloji kolleksiyaları ilə yaxından tanış olmuşdur.

11.12.2019