Xəbərlər

AMEA Mərkəzi Nəbatat Bağının əməkdaşları Aerokosmik Zondlama vasitəsilə meşələrin kompleks monitorinqini həyata keçirir


Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının əməkdaşları xüsusi karantin rejimi şəraitində Aerokosmik Zondlama Məlumatları və Coğrafi İnformasiya Sistemlərinin tətbiqi ilə meşələrin  kompleks monitorinqini həyata keçirir. Belə ki, aparılan tədqiqatlar hesabına Aerokosmik Zondlama texnologiyalarının geniş imkanları sayəsində, meşələrin vəziyyətini, inkişaf dinamikasını, xlorofil tərkibini və s. qiymətləndirmək mümkündür.

Tədqiqat ərazisi olan Samur-Yalama Milli Parkında meşə və kolluq bitkiliyinin inkişaf dinamikası öyrənilmiş, antropogen təsirə məruz qalan ərazilər müəyyən edilmişdir. Tədqiqatların nəticələri əsasında meşə ekosistemində baş verən proseslərə təbii və antropogen amillərin təsir dərəcəsi qiymətləndirilmişdir.

Əldə olunan elmi yeniliklər gələcək proseslərin proqnozlaşdırılmasında və ümumilikdə biomüxtəlifliyin davamlı idarəedilməsi və qorunması ilə bağlı yeni strategiyaların işlənib hazırlanmasında mühüm rol oynayacaqdır.

 

02.05.2020