Xəbərlər

AMEA Mərkəzi Nəbatat Bağının elmi struktur bölmələrinin hesabatı dinlənilib


02 dekabr tarixində Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının Elmi şurasının növbəti onlayn iclası keçirilib. İclasda Bağın elmi struktur bölmələrinin 2020-ci il üzrə hesabatları dinlənilib.

İclasda Ağac və kol bitkiləri laboratoriyasının müdiri, b.e.d., professor Elman İsgəndər, Nadir və nəsli kəsilməkdə olan bitkilər laboratoriyasının müdiri, b.ü.f.d., dosent Yusif Zeynalov, Örtülü şəraitdə becərilən bitkilər laboratoriyasının müdiri, b.e.d., dosent Şakir Qasımov, Çiçəkçilik laboratoriyasının müdiri, b.ü.f.d. Asəf İsgəndərov və Bitkilərin mühafizəsi və monitorinqi laboratoriyasının müdiri, b.e.d., dosent Vahid Fərzəliyev 2020-ci ildə aparılmış elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabatlarını təqdim ediblər. 

2020-ci ildə Mərkəzi Nəbatat Bağında elmi-tədqiqatlar “Biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi, elektron məlumat bazaları və xəritələrinin yaradılması” istiqamətində aparılır. Bağın bütün elmi strukturları “Mərkəzi Nəbatat Bağının kolleksiya fondunun mühafizəsi və kompleks tədqiqi” problemi üzrə elmi-tədqiqat işlərini yerinə yetirmişdir. Bu problem üzrə cari ildə 5 mövzunu əhatə edən 11 iş və 21 mərhələdə tədqiqat işlərinə başlanmışdır.

Ağac və kol bitkiləri laboratoriyası “Dendrofloranı zənginləşdirilmək məqsədi ilə yeni növlərin introduksiyası, mövcud kolleksiyanın inventarlaşdırılması” mövzusu üzrə 4 iş və 9 mərhələdə elmi-tədqiqat işlərinə başlanmışdır. Hesabat dövründə  laboratoriya əməkdaşları tərəfindən xarici mətbuatda 1, İmpakt faktorlu jurnallarda 5 məqalə nəşr edilmişdir.

Nadir və nəsli kəsilməkdə olan bitkilər laboratoriyasında “Azərbaycan florasının bəzi dərman əhəmiyyətli nadir bitkilərinin kultura şəraitində öyrənilməsi və mövcud kolleksiyanın pasportlaşdırılması” mövzusu üzrə 2 iş və 4 mərhələdə elmi-tədqiqat işlərinə başlanmışdır. 2020-ci ildə  laboratoriya əməkdaşları tərəfindən Yonca bitkisinin “Badu Səba” sortu üçün patent  və müəlliflik şəhadətnaməsi alınmış (aqrar e.ü.f.d., dos. Ç.Əliyev),  yerli  mətbuatda 3 məqalə və 2 tezis, xarici mətbuatda isə 1 məqalə dərc olunmuşdur.

Örtülü şəraitdə becərilən bitkilər laboratoriyasında “Daxili ekoloji mühitin sağlamlaşdırılmasında istifadə olunan nadir tropik kserofitlərin biomorfoloji və bioekoloji tədqiqi, kolleksiyanın yeni növlərlə zənginləşdirilməsi” mövzusu üzrə 2 iş və 2 mərhələdə elmi-tədqiqat işlərinə başlanmışdır. 2020-ci ildə  laboratoriya əməkdaşları tərəfindən yerli mətbuatda 1 məqalə və Ş.N.Qasımovun “Elm” nəşriyyatı tərəfindən 468 səhifə həcmində “Örtülü şəraitdə tropik bitkilərin (Bromeliaceae Juss., Orchidaceae Juss.) biomorfologiyası və becərilməsinin ekoloji əsasları” monoqrafiyası çapdan çıxmışdır.

Çiçəkçilik laboratoriyasında “Seleksiya nəticəsində əldə edilmiş qızılgül sortlarının introduksiyası və perspektibliyinin qiymətləndirilməsi, dekorativ çiçək bitkilərinin kolleksiyasının yaradılması” mövzusu üzrə 1 iş və 3 mərhələdə elmi-tədqiqat işlərinə başlanmışdır. Cari ildə laboratoriyanın əməkdaşları tərəfindən yerli mətbuatda 1 məqalə və O.Qafarovanın “Elm” nəşriyyatı tərəfindən 192 səhifə həcmində “Интродукция, селекция и биологические особенности роз группы флорибунда на Абшероне” monoqrafiyası çapdan çıxmışdır.

Bitkilərin mühafizəsi və monitorinqi laboratoriyasında “Azərbaycanının təbii və mədəni florasında bitən bəzi bitki növlərinin biomorfoloji, dendroxronoloji tədqiqi, CİS texnologiyaları və məsafədən zondlama məlumatları əsasında monitorinqi” mövzusu üzrə 2 iş və 3 mərhələdə elmi-tədqiqat işlərinə aparılmışdır. Mövzu üzrə 2020-ci ildə “Bitkilərin mühafizəsi və monitorinqi” laboratoriyasının əməkdaşları tərəfindən yerli mətbuatda  3 məqalə və 2 tezis, xarici mətbuatda 3, İmpakt faktorlu jurnalda 1 məqalə  dərc olunmuşdur.

 

02.12.2020