Xəbərlər

AMEA Mərkəzi Nəbatat Bağının alimlərin məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc olunub


AMEA Mərkəzi Nəbatat Bağının direktoru, b.e.d. Vahid Fərzəliyevin və Bağın əməkdaşı b.ü.f.d. Fərid Seyfullayevin Amerika və İsveçrədən olan həmkarları ilə birlikdə “Azərbaycanın cənubunda yayılan giləmeyvəli qaraçöhrə (Taxus baccata L.) növünün dendroiqlim potensianlı” (The dendroclimatologial of common yew Taxus baccata L. from southern Azerbaijan) adlı növbəti məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc edilib.

Mərkəzi Nəbatat Bağından bildirilib ki, “Tree-Ring Research” jurnalında dərc edilən məqalədə Lerik rayonunun dağlıq ərazisində yayılan giləmeyvəli qaraçöhrə populyasiyasının dendroiqlim potensialı qiymətləndirilmişdir. Nəticədə bu növün iqlim amillərinə həssas olması müəyyənləşdirilmiş və tədqiqatların davam etdirilməsi qərarı alınmışdır.

Jurnal 1934-cü ildən Amerikada “Allen” nəşriyyatında çap olunur və “Clarivate Analytics” bazasında impakt faktoru 1.719-dır.

 

02.02.2021