Xəbərlər

AMEA Mərkəzi Nəbatat Bağının alimi CBC kanalına müsahibə verib


AMEA Mərkəzi Nəbatat Bağının alimi, biologiya fəlsəfə doktoru, dosent Yusif Zeynalova CBC kanalında yayımlanan "Bura Azərbaycandır" verlişinə Xarı bülbül haqqında müsahibə verib.

Alim müsahibəsində qeyd edib ki, xarı bülbül 19-cu əsrdə Şuşa şəhərində fransız və ingilis alimləri tərəfindən qeydiyyata alınıb. Xarı bülbül səhləbkimilər fəsiləsinə aiddir və elmdə adı Qafqaz qaş səhləbi adlanır.

Yusif Zeynalov digər faktı qeyd edib ki, xarı bülbül müəyyən dövrə qədər endemik bitki hesab edilib. Amma bu bitkiyə qonşu dövlətlərdə rast gəlinir və bitki köçəri quşlar vasitəsilə yayılıb.

Sonda alim müsahibəsində xarı bülbülün müalicəvi əhəmiyyətə malik olduğundan danışıb.

 

İzlə

14.01.2021