Xəbərlər

  • Xəbərlər
  • AMEA Mərkəzi Nəbatat Bağında “Rəhbər heyətin mülki müdafiə məşqi” keçirilib

12 Noyabr 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağında Mülki müdafiə qərargahının şəxsi heyyəti ilə xəbərdarlıq və toplanış məşqi çərçivəsində "Xəbərdarlıq sisteminin vəzifələri yoxlanılması" mövzusunda tədbir keçirilib. 

AMEA Mərkəzi Nəbatat Bağının MM komissiya sədri Gilani İsmayılov rəhbər heyətinin məşqinin keçirilməsində məqsədin fövqəladə hadisələr zamanı rəhbər heyətin funksional vəzifələrinin öyrənilməsi, ММ planının dəqiqləşdirilməsi, işçilərin təhlükəsizliyini təmin edən tədbirlərin həyata keçirilməsi üzrə rəhbər heyətin hazırlıq səviyyəsinin yüksədilməsi, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkilində rəhbər heyətin vərdişlərinin artırılması olduğunu bildirdi.

Tədbirdə çıxış edən Mərkəzi Nəbatat Bağının Mülki müdafiə qərargah rəisi Rəsul Süleymanov bildirdi ki, Bağda baş verə biləcək təbii hadisələrin hadisələrin qarşısını almaq məqsədilə hər bir laboratoriya və şöbə müdirləri öz tabeçiliyində olan işçiləri maarifləndirmək məqsədilə ayda bir dəfə Mülki müdafiəyə aid dərslərin keçirilməsini təmin etməlidirlər.

Tədbirdə iştirak edən laboratoriya rəhbərləri çıxış edərək öz fikirlərini bildirdi, baş verə biləcək fövqaladə hadisələrinin qarşısını almaq məqsədi ilə Bağ ərazisində yanğın əleyhinə olan şitlərin sayının artırılması və Bağa gəzintiyə gələn vətəndaşlar arasında maarifləndirmə işlərinin aparılması tövsiyə edildi.

 

12.11.2019