Xəbərlər

  • Xəbərlər
  • AMEA Mərkəzi Nəbatat Bağında “Rəhbər heyətin mülki müdafiə məşqi” keçirilib

29 mart 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağında Mülki müdafiə qərargahının təşkilatçılığı ilə “Rəhbər heyətin mülki müdafiə məşqi” çərçivəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda tədbir keçirilib.

AMEA Mərkəzi Nəbatat Bağının şöbə və laboratoriya rəhbərlərinin və məsul əməkdaşların iştirak etdiyi iclası giriş sözü ilə açan AMEA Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyev rəhbər heyətinin məşqinin keçirilməsində məqsədin fövqəladə hadisələr zamanı rəhbər heyətin funksional vəzifələrinin öyrənilməsi, ММ planının dəqiqləşdirilməsi, işçilərin təhlükəsizliyini təmin edən tədbirlərin həyata keçirilməsi üzrə rəhbər heyətin hazırlıq səviyyəsinin yüksədilməsi, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkilində rəhbər heyətin vərdişlərinin artırılması olduğunu bildirdi.

Tədbirdə çıxış edən Mərkəzi Nəbatat Bağının Mülki müdafiə qərargah rəisi Rəsul Süleymanov Nazirlər Kabinetinin 1998-ci il 193 saylı qərarının tələblərindən irəli gələn məsələlərdən danışdı və eyni zamanda qeyd etdi ki,Mərkəzi Nəbatat Bağında baş verə biləcək təbii hadisələrin hadisələrin qarşısını almaq məqsədilə hər bir laboratoriya və şöbə müdirləri öz tabeçiliyində olan işçiləri maarifləndirmək məqsədilə ayda bir dəfə Mülki müdafiəyə aid dərslərin keçirilməsini təmin etməlidirlər.

Tədbirdə iştirak edən laboratoriya rəhbərləri çıxış edərək öz fikirlərini bildirdi, 2019-cu ilin yay mövsümündə Bağda baş verə biləcək yanğın hadisələrinin qarşısını almaq məqsədi ilə Bağ ərazisində yanğın əleyhinə olan şitlərin sayının artırılması və Bağa gəzintiyə gələn vətəndaşlar arasında maarifləndirmə işlərinin aparılması tövsiyə edildi.

 

29.03.2019