Xəbərlər

AMEA Mərkəzi Nəbatat Bağında sanitar-dezinfeksiya işləri aparılıb


AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin "Koronavirusla bağlı AMEA-da profilaktik tədbirlər haqqında" imzaladığı sərəncama uyğun olaraq AMEA Mərkəzi Nəbatat Bağında martın 14-də koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə sanitar-dezinfeksiya işləri aparılıb.

Mərkəzi Nəbatat Bağının ikimərtəbəli inzibati korpusu,  laboratoriya, iş otaqları və dəhlizlər xüsusi preparatlarla təmizlənib.

Bundan əlavə əməkdaşlara Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında xəstəliyin simptomları və onun yayılmasının qarşısının alınması yolları barədə maarifləndirici məlumatlar çatdırılıb.

17.03.2020