Xəbərlər

  • Xəbərlər
  • AMEA Mərkəzi Nəbatat Bağının gənc alimi Qazaxıstanda tədqiqat aparıb

AMEA Mərkəzi Nəbatat Bağının Çiçəkçilik laboratoriyasının elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Ofeliya Qafarova 25-27 noyabr tarixlərində Qazaxıstanın Aktau şəhərində yerləşən Manqışlaq Eksperimental Botanika Bağında bitkilərin mikroklonal çoxaldılması mövzusu üzrə elmi-tədqiqat işi yerinə yetirib.

O. Qafarova səfər müddətində “Bağ qızılgül sortlarının yaşıl qələmlə çoxaldılması texnologiyası” və “Dekorativ qızılgül sort və növlərinin seleksiyası və hibridləşdirilməsi” kimi mövzularda təşkil edilmiş təlim və seminarlarda iştirak etmiş və Bağın kolleksiya fondu ilə tanış olmuşdur.

    Qeyd edək ki, baş tutmuş səfər Mərkəzi Nəbatat Bağı ilə Manqışlaq Eksperimental Botanika Bağı arasında əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilmişdir.

07.12.2019