Xəbərlər

AMEA-da Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzi yaradılıb


AMEA Rəyasət Heyətinin mayın 8-də baş tutan onlayn iclasında akademiyada Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzinin yaradılması barədə qərar qəbul edilib.

İctimai əsaslarla fəaliyyət göstərəcək mərkəz Azərbaycan xalqının çoxəsrlik milli dövlətçilik ənənələrini, azərbaycançılıq ideyasının formalaşma və inkişaf proseslərini tədqiq və təbliğ etmək məqsədilə yaradılıb.

Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzinin rəhbəri AMEA-nın prezidenti,akademik Ramiz Mehdiyev, müavini isə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli seçilib. 

Bundan əlavə, iclasda mərkəzin tədqiqat istiqamətləri müəyyənləşdirilərək təsdiq olunub.

09.05.2020