Xəbərlər

AMEA Botanika İnstitutunda biomüxtəlifliyin qorunması üzrə geniş müzakirə aparılıb


ABŞ-ın Wesleyan Universitetinin alimi, Dr. Courtney Fullilove Cənubi Qafqazda,  o cümlədən Azərbaycanda biomüxtəlifliyin tarixi və qorunması üzrə həyata keçirilən layihələrlə yaxından tanış olmaq məqsədi ilə AMEA Botanika İnstitutunda olub.   Gorüşdə AMEA Botanika İnstitutunun direktoru, akademik V.Əlizadə qonağa Botanika İnstitutunun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, müştərək layihələri və əldə olunan nailiyyətləri haqqında  məlumat verib. C.Fullilove İnstitututda aparılan elmi-tədqiqat işləri və əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirərək görüşdən məmnunluğunu bildirib. Müzakirələr zamanı biomüxtəlifliyin öyrənilməsi üzrə müştərək layihələrin təşkili, kadr və təcrübə mübadiləsi və birgə tədqiqatların aparılmasına dair razılıq əldə olunub.

Qonaq İnstitutun Botanika Muzeyi, Herbari Fondu və laboratoriyaları ilə yaxından tanış olub.

28.12.2019