Xəbərlər

Adi dəvədabanı - Tussilago farfara L.


Adi dəvədabanı (Tussilago farfara L.) - çoxillik ot bitkisidir. Erkən yazda çiçəkləyən gövdəsi və kökyanı yarpaqları yalnız yayda tam inkişaf edir. Mart aprel aylarında çiçəkləyir, may-iyun aylarında meyvə verir. Tərkibində alkaloid, flavonoid, efir yağları, C vitamini, aşı və acı maddələr, steroid və kauçuk var. Tibbdə yarpaqları, kökümsovu və çiçəklərindən istifadə olunur. Əsasən böyrək, mədə-bağırsaq, sidik kisəsi, aəd xassəli şişlər, ağciyər, ürək, revmatizm, ağız boşluğu xəstəliklərində istifadə olunur. Azərbaycanda Kiçik Qafqazın şimal, Böyük Qafqazın isə bütün rayonlarında, Samur-Dəvəçi ovalığında və Naxçıvanın dağlıq hissəsində yayılmışdır.

12.03.2020