Xəbərlər

“Hirkan Milli Parkının florası və bitki örtüyü” adlı kitab çapdan çıxıb


AMEA Mərkəzi  Nəbatat Bağının Elmi Şurasının qərarı ilə “Hirkan Milli Parkının florası və bitki örtüyü” adlı kitab çapdan çıxıb.

Kitabın elmi redaktoru, Mərkəzi Nəbatat Bağının baş elmi işçisi, AMEA-nın müxbir üzvü, b.e.d., professor  Maqsud Qurbanovdur. Nəşrin müəllifləri b.ü.f.d. Hacıağa Səfərov və b.e.d Vahid Fərzəliyevdir.

Kitabda Hirkan Milli Parkı təbiət kompleksinin ərazi quruluşu, hidroqrafiyası, iqlimi, torpağı, relyefi, flora və bitki örtüyü ətraflı xarakterizə edilmişdir. Milli Parkın florasının taksonomik tərkibi müəyyənləşdirilmiş, bitkilərin həyat formaları öyrənilmiş, coğrafi analizi aparılmışdır. Tədqiq olunan ərazinin florasının tərkibində olan ali bitkilərin analizi aparılmış, meşə və çəmən bitkilərinin bitkilik tipləri müəyyən olunmuş, taksonomik siyahısı hazırlanmışdır.

Kitab botaniklər, meşə təsərrüfatı mütəxəssisləri, elmi işçilər, doktorantlar, tələbələr, məktəblilər və ümumilikdə təbiəti sevən hər kəsə üçün nəzərdə tutulmuşdur.

 

06.03.2020