Xəbərlər

“Həyat Elmləri və Biotibb Jurnalı”nın yeni sayı nəşr olunub


AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin rəsmi orqanı olan “Həyat Elmləri və Biotibb Jurnalı”nın 2-ci (75) cildinin 1-ci nömrəsi çapdan çıxıb.

Yeni adı ilə işıq üzü görən jurnalda bütün məqalələr ingilis dilindədir. Nəşrin bu sayı görkəmli alim, Azərbaycanda milli fiziologiya məktəbinin yaradıcısı, akademik Abdulla Qarayevin 110 illik yubileyinə həsr edilib. Vəsaitdəki ilk məqalə AMEA-nın akad. A.Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova tərəfindən təqdim olunub və görkəmli alimin həyat və fəaliyyətini, elmi nailiyyətlərini əks etdirir.

Nəfis şəkildə çap olunmuş jurnala ümumilikdə AMEA-nın institutlarında və respublikanın müxtəlif ali təhsil, elmi-tədqiqat müəssisələrində biologiya və tibb elmləri sahəsində aparılan araşdırmaların nəticələrini özündə əks etdirən 20 məqalə daxil edilib.

Qeyd edək ki, respublikada həyat elmləri və biotibb sahələrində aparılan elmi-tədqiqat işlərinin nəticələrini daha geniş oxucu kütləsinə çatdırmaq, həmçinin nüfuzlu elmi bazalara daxil olmasını təmin etmək məqsədilə bu saydan etibarən jurnal yalnız ingilis dilində nəşr ediləcək.

11.08.2020