Xəbərlər

“Botanika dünyası” elmi-populyar jurnalının növbəti sayı dərc olunub


MEA-nın Botanika İnstitutunun iki dildə (Azərbaycan və ingilis) çap olunan “Botanika dünyası” məlumat bülleteninin 16-cı sayı işıq üzü görüb.

Elmi-populyar üslubda hazırlanan bülletendə cari ildə institutda aparılan elmi-tədqiqat işləri və əldə olunan nəticələr, yubiley tədbirləri, alimlərin xarici işgüzar səfərləri, müəssisəni ziyarət edən qonaqlar, beynəlxalq elmi seminarlar, gənc kadr hazırlığı və ekspedisiyalar haqqında məlumatlar öz əksini tapıb.

Qeyd edək ki, bülleten 2010-cu ildən müntəzəm çap olunur.

26.12.2019