Xəbərlər

“Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı” adlı kitab nəşr olunub


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən “Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı” adlı kitab nəşr olunub.

Kitabın II, III və IV bölmələrinin ərsəyə gəlməsində AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşları yaxından iştirak ediblər.

Nəşrdə Zəngəzur Milli Parkının oroqrafiyası, geoloji ve geomorfoloji quruluşu, təbii iqlim şəraiti, landşaftı, hidrologiyası, rekreasiya potensialı, fitosenologiyası, nadir bitki və onurğalı heyvan növlərinin coğrafi yayılması və zəruri mühafizə tədbirləri ilə bağlı məlumatlar əksini tapıb.

Kitabdan ekoloq, bioloq və coğrafiyaçılar, kənd təsərrüfatı işçiləri, o cümlədən xalq təbabəti ilə məşğul olan mütəxəssislər və tələbələr faydalana bilər.

30.01.2020