Xəbərlər

“Açıq laborator iş” adlı elmi-maarifləndirici müsabiqə təşkil olunub


AMEA-nın  akad. Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda Rusiya Elm Gününə həsr olunan “Açıq laborator iş” adlı elmi-maarifləndirici müsabiqə keçirilib.

"Təhsil layihələri laboratoriyası" QHT və Bakıdakı Rusiya Məlumat və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə məktəblilər astronomiya, antropologiya, biologiya, coğrafiya, fizika və kimya sahələrində biliklərini sınayıblar.

Test üsulu ilə keçirilən müsabiqədə 27 nömrəli tam orta məktəbin şagirdləri Rəsul Cəfərov, Nicat Fərəczadə və 189-190 nömrəli tam orta məktəbin şagirdləri Şahin Ələkbərov, Alina Tixonenko və Fuad Nağıyev qalib olublar.

Sonda məktəblilər institutun akademik Yusif Məmmədəliyev Memorial Muzeyini ziyarət ediblər.

11.02.2020