Xəbərlər

“Açıq kitabxana” layihəsi davam etdirilir


AMEA-nın Mərkəzi Elmi Kitabxanası kitab əldə etmək imkanı məhdud olan təhsil müəssisələrinə, akademiyanın institutlarına kitabların əlçatan edilməsi, mütaliənin təbliği məqsədilə “Açıq kitabxana” layihəsinin icrasına davam edir.

Belə ki, kitabxana tərəfindən Ekoloji Tədqiqatlar Mərkəzi İctimai Birliyinə 176, “Xəzər” Etno Art Muzey Mərkəzinə 296, Dövlət Gömrük Komitəsinə 61, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə 66 sənəd təqdim edilib.

Xatırladaq ki, Mərkəzi Elmi Kitabxana “Açıq kitabxana” layihəsinə 2016-cı ilin mayından başlayıb. Bu günə qədər onlarla müəssisə və təşkilata minlərlə kitab təqdim olunub.

24.02.2020