İki tonlu çiçəkdir. Xarici ləçəkləri açıq-bənövşəyi , daxili ləçəkləri açıq ləkəli tünd-bənövşəyi damarları olan tünd bənövşəyi rəngdədir. Saqqalı ağ rəngdədir,dərinlikdə isə sarımtıl-narıncı rəngdə ucluqlar var.
Night Ruler
Çiçəkləri tünd mürəkkəb rəngli, ipək parıltıya malikdir. Saqqali da eynən çiçəklə bir rən-gdədir. Nisbətən iri ləçəkləri vardır. Hündür-lüyü 85-90sm-dir.Bir çiçək oxunda 9 ədədə yaxın çiçəyi olur.
Valor
Iki rəngli çiçəyə malikdir. Aşağı ləçəkləri məxməri tünd mürəkkəbrəngli, saqqalının ərtafı açıq ləkələrdən ibarətdir. Saqqalı tünd sarı rəngə malikdir. Hündürlüyü 80-85sm-dir. .Bir çiçək oxunda 5-6ədəd çiçəyi olur.
Germanika Alba
Xarici çiçəkləri ağ, daxili çiçəkləri ağ sarımtıl zolaqlıdı. Hündürlüyü 90 sm, en 15 sm-ə qədər artır. Bu növ əsl vəhşi növlərin daha bir nüma-yəndəsi, Avropa hibrididir. Kökləri 10 sm dərin qədər uzana bilir və yaz ortalarında çiçəkləyir.
Batic
Çiçəkləri bərabər olmayan səpilmiş bənövşəyi rəngdədir. Çiçək oxunda 9a qədər çiçəyi vardir. Erkən çiçək açanlardandir.
Footloose
Üst ləçəkləri tünd bənövşəyi , alt ləçəkləri isə ağ, kənarları tünd bənövşəyi ləkəlidır. Ləçəklərinin kənarı büzməlidir. Hündürlüyü 110sm-ə qədərdir. Çiçək oxunda 5-7 ədəd çiçəyi olur. çox erkən çiçək açır.
Charmpange Elegance
İki rəngli çiçəyi vardır. Üst ləçəkləri sarimtil, alt ləçəkləri isə aqımtıl sarıdır. Ləçəklərinin kənarı büzməlidir. Hündürlülyü 85-90sm-dir. 6-8ədəd çiçəyi olur.
Five star admiral
Birtonlu tünd göy rəngli çiçəkdir. Saqqalı narincı-sarımtıl, sona doğru isə mavi rəngdədir.Üst ləçəkləri enli və iri büzməlidir. Hündürlüyü 85-90sm-dir. Çiçək oxunda 5-6 ədəd çiçəyi olur. çiçəkləmə müddəti ortadır
Thriller
Bir rəngli bənövşəyi və büzməli çiçəkləri vardır.Saqqalı çiçəklə eyni rəngdədir. Hündürlüyü 85-90sm-dir. Çiçək oxunda 9a qədər çiçəyi olur. Nisbətən gec çiçək açır.
Orange jubilee
Çiçəyi birtonlu narıncı rəngdədir. Saqqala yaxin yerlərdə nisbətən acıq narıncı rəng müşahidə olunur. Saqqalı acıq qırmızımtıl- narıncıdır. Iri büzməli ləçəkli çiçəkdir.hündürlüyü 95-100sm-dir. 1çiçəkoxunda təxminən 9a qədər çiçəyi olur.
Revolution
İkirəngli çiçəyi vardır. Üst ləçəkləri mavi, uc hissələri isə azacıq büzməlidir.bu sortun özünəməxsus saqqalı qırmızımtıl sarı rəngdədir. Hündürlüyü 85-90sm-dir. Çiçək oxunda 5-7 ədəd çiçəyi olur. Çiçəkləmə müddəti erkəndir.
Brown lasso
İkirəngli çiçəkdir. Xarici ləçəkləri xardalı-sarı rəngdə, daxili ləçəkləri qəhvəyi haşiyəli bənövşəyi rənglidir. Hündürlüyü 60sm-ə qədər olur. Çiçək oxunda 4-5çiçəyi olur. Çiçəkləmə müddəti erkən-ortadır.
Crown sterling
Açıq mavi rəngli gözəl gümüşü çalarlı, saqqalı isə demək olar ki, ağ rəngli çiçəkdir. Hündürlüyü 85-87 sm, çiçək oxunda 5-7 çiçək olur. Çiçəkləmə müddəti ortadır.
Sunny afternoon
Bir tonlu sarı rəngli, sarımtıl-narıncı saqqallı çiçəkdir. Ləçəklərinin kənarı büzməlidir. Çiçək oxunda 9- a qədər çiçəyi olur.. Çiçəkləmə müddəti ortadır.
Smile angel
Çox effektli, bir rəngli, ləçəkləri büzməli çiçəkdir.Hündürlüyü 105-110 sm- dir. Çiçək oxunda 5-7 çiçəyi olur.Çiçəkləmə vaxtı orta -gecdir.
Starlinght exsress
Çiçəkləri sarı, alt tərəfi ağ sarı xəttlərlədir.Saqqalcığı narıncı sarıdır, hündürlüyü 90-93 sm-dir. Çiçəyin ömrü ortaömürlüdür.
Unfortable fire
Çiçəyi birrəngli qonurvarı-qırmızı çalarlı, gözəl görünüşə malikdir. Hündürlüyü 90-95 sm-dir. çiçək oxunda 9-a qədər çiçək olur.Çiçəyin ömrü qısa-orta ömürlüdür