Azərbaycanın nadir növüdür. Lənkəran ovalığı və Lənkəranın dağlıq hissəsində yayılmışdır. Çoxillik ot bitkisidir.
Görkəmli çiriş - Eremurus spectabilis Bieb.
Azərbaycanın nadir növüdür. Naxçıvanın dağlıq hissəsi, Naxçıvan düzənliyi, Kiçik Qafqazın Şimalı əvcənubu, Lənkəranın dağlıq hissəsi, BQ Quba sahəsi, Qobustan və Kiçik Qafqazın mərkəzində yayılmışdır. Çoxillik, iyşəkilli kökümsovlu ot bitkisidir.
Qafqaz ilankölgəsi - Ferula caucasica Korov
Azərbaycanın nadir, prioritet endemik növüdür. Bozqır yaylası (Ağdaş rayonu) Kiçik Qafqazın Şimal hissəsi (Samux rayonu Bozdağ silsiləsi) və Kür-Araz ovalığında (Qobustan qayaları) yayılmışdır. Çoxillik ot bitkisidir.
Şoranyer qarğa soğanı - Gladiolus halophilus Boiss. Et Heldr.
Azərbaycanın nadir növüdür. Kiçik Qafqazın mərkəzi və cənub hissələrində, Naxçıvanın düzənlik və dağlıq hissəsində yayılmışdır. Çoxillik ot bitkisidir.
Müsəlman süsəni - Iris musulmanica Fomin
Azərbaycanın nadir növüdür. Naxçıvanın düzənlik və aşağı dağlıq hissəsində yayılmışdır. Çoxillik ot bitkisidir.
Azərbaycanın nadir və endem növüdür. Çoxillik soğanaqlı ot bitkisi olub, gövdəsi 20-40 sm hündürlükdədir.
Hirkan quş südü – Ornithogalum hyrcanum Grossh.
Azərbaycanın nadir, prioritet endemik növüdür. Lənkəranın dağlıq hissəsində yayılmışdır. Orta dağ qurşağında meşələrdə müxtəlifotlu qruplaşmlar əmələ gətirir. Çoxillik ot bitkisidir.
Sarı şternbergiya - Sternbergia lutea L
Azərbaycanın nadir növüdür. Samur-Dəvəçi və Lənkəran ovalığında yayılmışdır. Çoxillik ot bitkisidir.
Şmidt tülpanı–Tulipa schmidtii Fomin.
Azərbaycanın nadir növüdür. Kiçik Qafqazın cənubu, Lənkəranın dağlıq hissəsi və Naxçıvanın dağlıq rayonlarında yayılmışdır. Çoxillik ot bitkisidir.
Yulia tülpanı - Tulipa julia C.Koch
Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Naxçıvan düzənliyi və dağlıq hissəsi yayılmışdır. Orta dağ qurşağında, quru daşlı və əhəngli yamaclarda, bəzan meşələrdə rast gəlinir. Çoxillik ot bitkisidir.