Elanlar

  • Elanlar
  • Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağı aşağıdakı boş ola...

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağı aşağıdakı boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edir

 

“Örtülü şəraitdə becərilən bitkilər” laboratoriyası üzrə:

Laboratoriya müdiri -1 ştat vahidi

Baş elmi işçi -1 ştat vahidi

 

“Nadir və nəsli kəsilməkdə olan bitkilər” laboratoriyası üzrə:

Elmi işçi - 2 ştat vahidi

 

“Bitkilərin mühafizəsi və monitorinqi” laboratoriyası üzrə:

Kiçik elmi işçi - 2 ştat vahidi

 

“Çiçəkçilik” laboratoriyası üzrə:

Laboratoriya müdiri - 1 ştat vahidi

Kiçik elmi işçi - 1 ştat vahidi

 

“Bitkilərin xəstəlik və zərərvericilərlə mübarizə” sektoru üzrə

Sektor rəhbəri - 1 ştat vahidi

Kiçik elmi işçi - 1 ştat vahidi

 

“Toxumçuluq” sektoru üzrə

Sektor rəhbəri - 1 ştat vahidi

 

AMEA Mərkəzi Nəbatat Bağı üzrə əməkdaşların növbəti attestasiyasını keçirmək məqsədilə

Tələb olunan sənədlər:

  • iddiaçının şəxsiyyət vəsiqəsinin surəti;
  • kadrların şəxsi uçot vərəqi;
  • tərcümeyi-hal;
  • xasiyyətnamə;
  • əmək kitabçasının iş yerində  təsdiq olunmuş surəti (əmək fəaliyyətinə yeni başlayanlar istisna olmaqla);
  • elmi dərəcə, elmi ad və elmi rütbə haqqında sənədlərin notarial qaydada təsdiq olunmuş surətləri;
  • yerinə yetirilmiş elmi tədqiqat  işləri, həmçinin elmi və elmi texniki layihə, müsabiqə, qrant və proqramlarda iştirak haqqında məlumat;
  • müəlliflik hüququ və ya patent hüququ ilə qorunan əqli mülkiyyət obyektlərinin qeydiyyatı haqqında şəhadətnamələrin surəti; 
  • elmi əsərlərin elmi müəssisə və təşkilatın elmi katibi tərəfindən təsdiq olunmuş siyahısı.

 

Müsabiqədə fəlsəfə və elmlər doktoru elmi dərəcəsi və yuxarıda göstərilən elm sahələrində böyük iş təcrübəsi olan  elmi işçilər iştirak edə bilərlər.

Sənədlər müsabiqənin müvafiq tələblərinə uyğun olaraq elan dərc edilən gündən etibarən bir ay ərzində aşağıdakı ünvana təqdim edilməlidir.

 

AZ-1004, Bakı səhəri, Badamdar şossesi, 40

AMEA Mərkəzi Nəbatat Bağı

Məsul şəxs: Hüseynova Nilufər Bəhram qızı (elmi katib)

Əlaqə telefonu: +994125024321

+994518477599

E-poçtu: [email protected]                     

 

05.10.2019